“Brüsseldə aksiya keçirən o üç-dörd nəfər qeyrətini itirənlərdir” RƏY-ÖZƏL

“Köhnə kişilər deyərdilər ki, bir adam qeyrətini itirdisə, ondan nə desən gözləmək olar”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, o üç-dörd nəfər qeyrətini, şərəfini itirmişlərdəndir və bu mənada onlardan istənilən əcaib hərəkət gözləniləndir: “Ancaq bu hərəkət artıq rəzilliyin pik nöqtəsidir. Yəni insan nə qədər alçala bilər ki, yad ölkədə mənsub olduğu millətin liderinə qarşı belə addım ata bilsin? Özü də elə bir liderə ki, ölkəyə rəhbərlik elədiyi on beş ildə, başqa ölkələrin yüz ilə qət edə bilmədiyi sürətli inkişafla dövləti dünyanın ən sayılıb-seçilən, iqtisadi, hərbi, mədəni cəhətdən anoloqu olmayan inkişaf yoluna çıxarıb. Mən onları sənədlərinə görə bizim millətdən olmalarına rəğmən erməni töküntüsü hesab edirəm. Çünki dünyada bizi gözü götürməyənlər, inkişafımıza qibtə edənlər çox olsa da, açıq düşmənçilik fəaliyyəti göstərən yalnız ermənilərdir. Bu gədə qırıxlarının da hərəkəti birbaşa Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı yönəlik hərəkətdir və deməli xalqımıza qarşı açıq düşmənçilik əməlidir. Bizim dünyada bir düşmənimiz var, o da ermənidir. Məncə rəzillik nümunəsi olan həmin üç-dörd nəfəri dünyaya gətirən, haram südlə, haram tikə ilə böyüdən atalar, analar sağdırlarsa utanıb, yerə girməlidirlər. Sağ deyillərsə, gərək onların qəbirləri çat-çat olsun ki, bu Vətənin, bu torpağın çörəyini eyib, suyunu içib, havasını udub, elə ermənilər kimi, bu çörəyə, bu suya, bu havaya xəyanət edən vətənsizlər böyüdüblər. Açığını deyim ki, belə ünsürlərdən pul naminə hər cür rəzalət gözləyirdim, amma beləsi heç ağlıma da gəlməzdi. Avropada yaşayan yüzlərlə azərbaycanlı əllərində Dövlət Bayrağı Prezidentimizə dəstək nümayiş etdirir, üç-dörd zatını tanımayan gədə meydana çıxıb ermənilik edir. Böyük şairimiz Bəxtiyar Vahabzadənin bir beyti bu məqamda yerinə düşər: “Nə deyək bu miskin riyakarlığa, Yoxsa öz qınını bəyənmir bağa?”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə