AXCP sədrinin gizlətdiyi maliyyə qaynaqları əslində, hər kəsə bəllidir
AXCP sədri Əli Kərimlinin bu günə qədər partiyasının maliyyə hesabatını verməməsi arxasında yaranmış suallar bu gün də cavabsız qalmaqdadır. Yalnız “dostlarının” maliyyə dəstəyi ilə siyasi təşkilatını idarə etdiyini deyən Kərimlinin bu məsələdə ağ yalan danışması isə kimsədə şübhə doğurmur. SİA xəbər verir ki, cəbhəçi sədrin dəfələrlə bank maxinasiyalarını sübuta yetirən faktları da daxil olmaqla, onun çirkli pullar qazanmasını isbatlayan digər dəlillər mövcuddur. Bu barədə KİV-lərdə əsaslı yazılar ictimaiyyətin diqqətinə çatdırılıb.
AXCP sədri onların məvaciblərini əlbəttə ki, havadan vermir
AXCP sədrinin övladının Britaniyada ən bahalı ali təhsil müəssisənidə təhsil alması, gecə barlarında, ulduzlu otellərdə müxtəlif özəl partilər təşkil edib, pulları göyə sovurması, o cümlədən, Kərimlinin Bakıda və bir neçə rayonlarda villalarının olması, habelə özünə məxsus biznes fəaliyyəti də faktlar daxilindədir. Onun arvadının London yolunu su yoluna döndərməsi isə artıq ənənə şəklini alıb.
Başqa tərəfdən, Əli Kərimlinin bahalı avtomobilləri, sürücüləri, xüsusi mühafizə xidməti də mövcuddur ki, AXCP sədri onların məvaciblərini əlbəttə ki, havadan vermir. Həmçinin, Kərimlinin saxladığı troll dəstələri də müvafiq əməkhaqqı müqabilində saxta profillərlə Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı xəyanətkar siyasət yürüdürlər. Bunu sübut edən videomateriallar və fotolar yetərincə qədərdir və hazırda həmin fotoları dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Erməni diasporasının əsas buyruq qulu
Əsas faktlardan biri də budur ki, AXCP sədri mitinq və aksiyalarında “mənim xalqım”, “uca millət” və s. kimi müraciətlər etməsinə baxmayaraq, həmin tədbirlərindən sonra özünü xalqdan təcrid edir, cangüdənləri vasitəsi ilə necə deyərlər, aradan çıxır. Bu isə isbat edir ki, Əli Kərimlini heç vaxt xalq, dövlət maraqları ilgiləndirməyib və onun əsas məqsədi heç hakimiyyətə iddialı olmaq da deyil. Onun əsas məqsədi, ölkədə “ana müxalifət” adı altında fəaliyyət göstərərək, xaos, anarxiya yaratmaq, sabitliyi pozmaq marağıdır ki, bütün bunları uzun illərdir iş birliyi qurduğu xarici mərkəzlərdən sifariş olaraq alır. Bu mərkəzləri maliyyələşdirən, donorluq edən isə əlbəttə ki, Qərb ölkələrində fəaliyyət göstərən erməni diasporasıdır. Yəni Əli Kərimli dolayısı ilə erməni lobbisinin buyruq qullarının əsas şəxslərindədir. Onun ətrafındakı insanlar müxtəlif adlarda QHT-lər yaradaraq, Kərimlinin cibinə axan xəyanət pullarını birbaşa ona ötürürlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB