Çünki nankorluq onun xislətindədir
"Milli Şura"nın "primadonnası" Gültəkin Hacıbəyli ayda-ildə bir dəfə görünərək başlayır "ağıl verməyə". Elə bu günlərdə "Milli Şura"nın mini-aksiyalarının başlanmasına rəvac verən G.Hacıbəylinin məqsədi də bəllidir - ilk növbədə, Azərbaycanın beynəlxalq arenadakı yüksək mövqeyinə, yerinə və roluna kölgə salmaq. Ancaq bu satqından heç də geri qalmayan AXCP sədri Əli Kərimli ilə birlikdə xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik göstərməklə, mənfəət əldə etmək üçün dəridən-qabıqdan çıxırlar. Bu, o G.Hacıbəylidir ki, hər sifətdə ola bilir. G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq.
Xalq yaxşı bilir ki, bu fərdlər uzun illərdir ki, siyasi fəaliyyətlərindəki xainlik, dönüklük, satqınlıq və öz şəxsi maraqları üçün hər kəsi qurban verməklə məşğuldurlar. Məhz bu səbəbdən, guya Azərbaycan əsgərlərinin səngərlərdə əliboş (?!-R.H.) dayandığı və Azərbaycan Ordusunun silah-sursatın "sınıq və yararsız" olduğu haqda sərsəm çıxış edən G.Hacıbəyli ermənilərin sevimlisinə çevrilib...
Əlbəttə, erməni mediası həmin böhtanlı fikirləri dərhal ictimailəşdirdi və bununla da düşmən və işğalçı ölkə, necə deyərlər, əlinə "kozır" aldı ki, sonrakı müddətdəki informasiya müharibəsində anti-Azərbaycan fəaliyyətində bacardıqca istifadə etsin. Bax, budur G.Hacıbəylinin siması, əxlaqı və mənəviyyatı. Ancaq bu əxlaqsız və satqının bu gün bir neçə yüz adamın qarşısına çıxıb "haqq-ədalətdən" danışması, ümumiyyətlə, heç bir çərçivəyə sığmayan bir haldır. Çünki bu fərd hələ deputat olduğu dövrlərdə onlarla qaçqının və əlillərin və şəhid ailələrinin haqqına girərək, dövlətin onlara aid etdiyi torpaqlara güc yolu ilə sahib olurdu.
Xalis satqın olan Gültəkin Hacıbəyli
Bu tarixi faktordur ki, satqınlıq tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə satqınlıq etmək adi bir şey olub. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər ki, bu da "taylı tayını tapar" məsəlinin hər zaman özünü doğrultmasından irəli gəlir. O da məlumdur ki, satqınlıq bütün dövrlərə xas xüsusiyyətdir. Elə Azərbaycanın müasir siyasi səhnəsində də buna dair kifayət qədər nümunə var. Satqınların ənənəvi müdafiəçilərinin sayı da istənilən qədərdir. Bu baxımdan, Gültəkin Hacıbəyli ilə Əli Kərimli bir medalın üzü olaraq, hər ikisinin xisləti, məhz satılmağa köklənib. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. G.Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa malik olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. G.Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Ə.Kərimli də satılıb satmaqda usta olsa da, heç kimə lazım deyil. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar. Göründüyü kimi, əlavə şərhə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmur. Necə deyərlə, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də, məhz odur.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB