"Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir" Əli Əhmədov - SƏS TV

"Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir" Əli Əhmədov - SƏS TV

"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlığa böyük önəm verir". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır: "Azərbaycanla Aİ arasında bir sıra məsələlər müzakirə olunur. Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etməyə hazırıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə