Misirdə müxalifətin yürüşü başlayıb

Misirdə müxalifətin yürüşü başlayıb

Bu gün Misirin paytaxtı Qahirənin Təhrir meydanında müxalifətin yürüşü başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda aksiyaya 1 milyona yaxın adam toplaşıb. Müxalifət lideri Məhəmməd əl-Baradeyi is öz növbəsində prezident Hüsnü Mübarəkə ultimatum verib. O, hakimiyyətlə danışıqların yalnız Mübarəkin ölkəni tərk etməsindən sonra mümkün olduğunu bildirib: "İnanıram ki, Misiri sülh gözləyir. Amma bunun üçün Mübarəkin ölkədən getməsi vacibdir. Bu baş verərsə, böhranın aradan qaldırılması prosesi uğurlu alınacaq".

 

Qeyd edək ki, Misirdə kütləvi xalq etirazları başlayandan bəri polislə toqquşmalarda 125 nəfərin həlak olduğu bildirilir. Onlar ölkə prezidenti Hüsni Mübarəkin istefasını tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə