"Azərbaycana qarşı yönələn iddiaların heç bir əsası yoxdur" RƏY-ÖZƏL

"Azərbaycana qarşı yönələn iddiaların heç bir əsası yoxdur" RƏY-ÖZƏL

“Son günlər Britaniya mətbuatında Londonun “Arsenal” və “Çelsi” klubları arasında futbol Avropa Liqasının finalının keçirilməsinə qarşı kampaniya aparılmağa başlayıb. Bu, Azərbaycana qarşı aparılan ilk kampaniya deyil. Bildiyiniz kimi bundan əvvəl də, I Avropa Oyunları, Formula 1, gimnastika, şahmat, güləş, boks üzrə beynəlxalq yarışlar və digər mühüm tədbirlər zamanı ölkəmizə qarşı belə qarayaxma kampaniyaları aparılıb. Amma buna baxmayaraq, Azərbaycanda həyata keçirilən bütün beynəlxalq tdbirlər və bu cür mötəbər yarışlar yüksək səviyyədə keçirilib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana qarşı yönələn iddialara qədər ortaya atılan müxtəlif yanaşmaların heç bir əsası yoxdur.

Deputat söyləyib ki, ilk öncə 2 il öncə UEFA-nın İcraiyyə Komitəsi finalın keçiriləcəyi şəhəri Bakı olaraq seçərkən kimsə finalda hər iki tərəfin İngilis komandaları olacağını bilmirdi: “Bakı Londondan 4000 km və 5 saatlıq uçuş məsafəsində yerləşir. Gündə 1 reys var və ya İstanbul, Moskva və digər şəhərlərdən əlaqəli reyslərlərlə uçmaq lazım. İngilis futbol sevərlərinin bu qayğısını anlamaq olar. Amma bu çətinliyin dəf olunması üçün AZAL tərəfindən 40-dan çox çarter reysləri planlaşdırılır və digər aviasiya şirkətləri ilə danışıqlar aparılır”.

Qarayaxma kampaniyasında vizaların alınması ilə bağlı iddiaların əsassız olduğunu deyən T.Mirkişili qeyd edib ki, hər kəsə məlumdur ki, ASAN elektron viza sistemi ilə istənilən xarici şəxs 3 saat ərzində viza ala bilər: “Azərbaycan və Bakı şəhəri ictimai təhlükəsizliyin dünyada ən yaxşı təmin olunduğu şəhərdir. Hər il Azərbaycan gələn turistlərin sayında artımın olması və ölkədə bütün din və irqlərə qarşı dözümlülüyün olması bunu deməyə imkan verir. Bu baxımdan kampaniyada terror təhlükəsinin olması ilə bağlı irəli sürülən iddialar absurddur. Bakıda son terror hadisəsi 1994-cü ildə olub. Bu cəhətdən Bakı Brussel, Paris və Londondan kifayət qədər sakit şəhərdir. London küçələrində bıçaqlama, avtomobillə törədilən terror hadisələri artıq adi hal alıb. O ki qaldı Arsenalın oyunçusu Mxitaryanın erməni əsilli olmasına bununla da bağlı problem yoxdur. Çünki ermənilər dəfələrlə Bakıda olublar, hətta mükafatlara da sahib çıxıblar. Heç bir təhlükəsizlik problemi də yaşanmayıb. Amma Mxitaryan 3 dəfə qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib, separatistlərin “başçısı” ilə görüşüb, yəni siyasi fəaliyyətlə məşğul olub. Amma bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti bütün iştirakçılar kimi, onun da təhlükəsizliyinə təminat verib”.

T.Mirkişili son olaraq qeyd edib ki, həm Arsenal, həm də Çelsi artıq 1 dəfə Bakıda oyun keçiriblər: “İngilis futbolsevərləri də Bakıda olublar. Digər tərəfdən final oyunları yalnız ingilislər üçün deyil, bütün Avropa futbolsevərlənin izləməsi üçün təşkil olunur. Bu cür qarayaxma kampaniyaları Azərbaycanın inkişafını istəməyən bəzi qüvvələrin uğursuz cəhdləridir. Əminəm ki, Bakıda keçirilən Avropa Liqasının finalı digər beynəlxalq yarışlarda olduğu kimi maraqlı, təhlükəsiz və yaddaqalan olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə