"Press-reliz Yayım Xidməti" 2010-cu ilin nəticələri üzrə "İlin ən yaxşı PR-xidməti" müsabiqəsinin başlanmasını elan edib.
Xidmətdən SİA-ya verilən məlumata görə, artıq beşinci dəfə baş tutacaq müsabiqə "Alfa Alliance Group" Kommunikasiya Agentliyinin və "Anadolu Media" şirkətinin dəstəyi ilə keçirilir. Müsabiqənin məqsədi, Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi, PR-xidmətlərinin fəaliyyətindəki müsbət təcrübənin yayılması, biznes strukturları ilə KİV-lərin daha da yaxınlaşmasına yardımdır.
İştirakçılar 2010-cu ilin ən yaxşı mətbuat xidməti (dövlət strukturları), 2010-cu ilin ən yaxşı PR-xidməti (qeyri-kommersiya təşkilatları), 2010-cu ilin ən yaxşı PR-xidməti (şirkətlər) nominasiyalarında seçiləcəklər. Bu nominasiyaların qalibləri müvafiq kateqoriyalar üzrə (dövlət strukturları, qeyri-kommersiya təşkilatları, şirkətlər) iştirakçılar sırasından müəyyənləşdirilir.
Qeyd edək ki, "İlin ən yaxşı PR-xidməti" müsabiqəsi 2006-cı ildən "Press-reliz Yayım Xidməti" tərəfindən təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB