Beynini kirayə verən Arif Məmmədov erməniləri niyə bu qədər sevir?
Dünən sosial şəbəkələrdəki hesabında kecmiş səfir Arif Məmmədov iki şəkil paylaşdı. Soruşacaqsınız ki, hə, nə olsun? O olsun ki, bu şəkil başdan ayağa Azərbaycan dovlətini və dovlətçiliyini, onun xalqını və sərhədlərinin keşiyində şərəflə dayanıb onu canı, qanı bahasına qoruyan igid əsgərlərimizi, cənab Ali Baş Komandanımızın cəmi bircə əmri ilə bütün erməni silahlı birliklərini məhv etməyə hazır olan Ordumuzu birbaşa təhqirdir. İnsan nə qədər bivec, nə qədər mənasız, nə qədər məzmunsuz ola bilər ki, üstdə 8 may Şuşanin işgalı günü iki şəkil paylaşib birinci şəkildə işğalçı Ermənistan ordusunu öyə, altdakı şəkildəysə qəhrəman, mübariz Azərbaycan ordusuna “kloun” deyə.
Hazırda balacadan böyüyə kimi hamı bilir ki, ölkəmiz müharibə şəraitindədi və torpaqlarımızın 20 faizi erməni caniləri tərəfindən işğal edilib. İşğal edilən torpaqlarımızın azad olunması üçün isə hazırda ölkəmiz cənab Prezident İlham Əliyev rəhbərliyi ilə sülh danışıqları aparır və hər zaman da qeyd olunur ki, bir qarış torpaq belə Ermənilərə güzəstə gedilməyəcək. Bəs elə isə Arif Məmmədov kimilərin dilinin altında yatan yalanların, qaralama kampaniyalarının arxasında nə dayanır?
Son dönəmdə Azərbaycanın regionda artan nüfuzu, ölkəmizi güclü görmək istəməyən qüvvələrin yavaş-yavaş planlarının suya düşməsi, doğma Vətənimizin regionun sülh və sabitlik mərkəzinə çevrilməsi istər-istəməz bəzi mərkəzləri hərəkətə keçirib. Önümüzdəki həftə Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalayacağını göz önündə bulundursanız, o zaman Arif Məmmədov və diğər Avropadakı qaragüruhların niyə ölkəmizə qarşı bu qədər aqressivləşdiyinin cavabını özünüz tapacaqsınız. Bu insanlar beyinlərini adəta hansısa qüvvələrə kirayəyə veriblər. Beyin kirayəyə veriləndə isə beynin bioloji sahibindən hec nə gözləməyə dəyməz. Sabah hətta o, rahatlıqla erməni olduğunu belə dilə gətirə bilər. Necə ki, Avropadakı diğər məxluqlar, məsələn, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı kimilər dəfələrlə oxşar fikirləri dilə gətiriblər, indi də Arif Məmmədov eyni dildə danışır.
Azərbaycan dovlətinin musteqilliyinin dönməz və əbədi olduğunu, onu aşağılamağa isə heç kimin mənəvi haqqının olmadığını, məncə, hər kəsdən daha yaxşı eks-səfir bilməlidir. İnsan müxalif düşüncəli ola bilər, bu normal bir haldır və dünyanın hər yerində müxalifət mövcuddur. Amma baxır nəyə müxalifsən… Elə dəyərlər, elə toxunulmayacaq atributlar var ki, kimsə ona toxunanda insanın ağlına ancaq o gəlir ki, o dəyərlərə toxunan hər kimdirsə hansısa mərkəzdən, ya da mərkəzlərdən əmr olaraq hərəkət edir. Arif Məmmədov əgər Azərbaycan ordusuna kloun deyirsə, zəhmət çəkib ona bu əmri verən AĞAlarindan bir soruşsun şanlı aprel döyüşləri zamanı ordumuzun inamli qələbələrindən niyə narahat oldular? Cavabı ona deyəndə özü biləcək kloun kimdir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB