Mais Səfərli: “Müxalifət ədəbsizlik edir ” RƏY-ÖZƏL

Mais Səfərli: “Müxalifət ədəbsizlik edir ” RƏY-ÖZƏL

“Söyüş insana yaraşmayan bir haldır”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, əgər onlar özlərini siyasətçi adlandırırlarsa,deməli yanılırlar: “Azərbaycan dövlətinin və xalqının milli hissiyyatına toxunan təhqiramiz ifadələr işlətməklə ədəbsizlik edirlər. Bildiyiniz kimi vaxtaşırı olaraq daxili və xarici qüvvələr ölkəmizə qarşı söyüş metodundan istifadə edirlər ki, bu da təsadüfü deyil. Çünki Azərbaycanla bağlı uğurlu tədbir olanda və böyük ürəkaçan nailiyyətlər baş verəndə müxalifət hay-küy salır. Bildiyiniz kimi, Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması gözlənilir. Həm də, Azərbaycanla Avropa İttifaqı arasında getdikcə inkişaf edən əlaqələr mövcuddur.Azərbaycanı özlərinin etibarlı tərəfdaşı kimi görürlər və bütün bunların hamısı Azərbaycanı istəməyən, sevməyən qüvvələri narahat edir. Həmin qüvvələr Azərbaycana qarşı iftira atmaqla və şər-böhtan kampaniyası aparmaqla sifariş yerinə yetirdiklərini nümayiş etdirirlər. Yəni hazırkı, məqamda xaricdəki “söyüş qrupu”nun və daxildəki qüvvələrin hay-küyləri heç də təsadüfü deyil. Bir sözlə, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən sənəd həmin məkrli qüvvələri ciddi narahat edir. Bu baxımdan ölkəmizə qarşı kampaniya aparırlar. Amma onların ölkəmizlə bağlı olan bu cür xoşagəlməz istəkləri heç vaxtı baş tutmayıb və bundan sonrada reallaşmayacaq. Bu gün Azərbaycan xalqı ağı qaradan seçir və onların kim olduqlarını onların özlərindən yaxşı bilir. Onlar ermənilərin dəyirmanına su tökənlərdir. Əgər onlar öz vətənlərini sevsəydilər, Azərbaycanın inkişafı ilə bağlı bu cür anormal addımlar atmazdılar”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə