İrəvanda hökumət binasının qarşısında intihar cəhdi baş verib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus lragir.am saytında məlumat yayımlanıb. Məlumatda bildirilir ki, yoldan keçənlər bir adamın hökumət binasının birinin qarşısında intihar etməklə hədələdiyini növbətçi polislərə xəbər veriblər. Hadisə yerinə yetişən polislər şüşə qırıqları ilə öz venalarını doğramağa çəhd edən bir kişini bundan çəkindirə biliblər.
Saytın məlumatına görə özünü öldürməyi düşünən 51 yaşlı İrəvan sakini Qaqik bunu sosial problemlər səbəbi ilə izah edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB