Azərbaycan xalqının Ümummilli liderə tükənməz məhəbbətinin təzahürü - REPORTAJ - SƏS TV
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü hər il olduğu kimi bu ildə Fəxri Xiyabanda izdihamla qeyd edilir. İzdiham xalqımızın Ümummilli lideri Heydər Əliyevə tükənməz məhəbbətlərinin daha bir parlaq təzahürüdür. Fəxri xiyabana üz tutan hər kəs Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Dahi şəxsiyyət haqqında fikirləriniz bildirən müsahiblərimiz Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlərlə
"Azərbaycan Dövlətçiliyinə Milli Dəstək" İctimai Birliyinin sədri Nəbi Qafarov bildirib ki, müasir
Azərbaycanın qurucusu, banisi və xilaskarı olan Ulu öndər bugünkü qüdrətli ölkəmizin memarıdır: “ Ümummilli lider elə bir dönəmdə Azərbaycana hakimiyyətə yenidən dəvət olundu ki, həmin dövrdə ölkəmizdə xaos, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünü səriştəsiz fəaliyyəti nəticəsində parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın köməyinə məhz Ulu Öndər Heydər Əliyev gəldi. Xalqımız Ulu Öndəri Naxçıvandan Bakıya dəvət etdikdən sonra çox qıza müddət ərzində Onun təşəbbüsü ilə mühüm layihələr həyata keçirildi. “Əsrin Müqaviləsi” kimi mühüm neft müqaviləsinin imzalanmasına nail olan Ulu Öndərin həyata keçirdiyi siyasətlə təkcə həmin dövrə deyil, həm də gələcəyə hesablanmışdı. Məhz bunun nəticəsidir ki, xalqımız hələ də “Əsrin Müqaviləsi”nin bəhrəsini görür. İmzalanan sənəd Azərbaycanın təhlükəsizliyinin təminatında çox mühüm idi”.
Əsası Ümummilli lider tərəfindən qoyulan siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayan vətəndaş cəmiyyətinin təmsilçisi qeyd edib ki, bu gün Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir: “Vaxtilə Ulu Öndər Azərbaycanın günəş kimi doğacağını söyləyirdi. Ümummilli liderin fikirləri öz təsdiqini tapıb. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanla hesablaşır”.
Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Elmira Qədimova söyləyib ki, Azərbaycanın bugünkü sosial, iqtisadi uğurlarının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Biz müstəqil, müasir Azərbaycana görə Ulu Öndərə minnətdar olmalıyıq. Gələcək nəsillər Ümummilli lider Heydər Əliyev haqqında bilməli, onun irsini öyrənməlidir. Bunun üçün biz gələcək nəsilləri maarifləndirməli, Azərbaycanın keçdiyi şərəfli yol haqqında onları məlumatlandırmalıyıq”.
Həkim olaraq Ulu Öndərin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan E. Qədimova deyib ki, Dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir sıra yeni xəstəxanalar, səhiyyə müəssisələri tikilməklə yanaşı, Azərbaycan Tibb Universitetinin yeni korpusu tikilib istifadəyə verilib: “Bundan başqa ölkəmizdə səhiyyə sahəsində mühüm qanunlar qəbul olundu, bu sahədə güclü islahatlar həyata keçirilib. Ümummilli lider tərəfindən görülən işlər bu gün də davam etməkdədir. Ən ağır cərrahiyyə əməliyyatları artıq ölkəmizdə uğurla həyata keçirilir. Bura böyrək, ürək, qaraciyər, gözün buynuzlu qişası və digər bu kimi əməliyyatlar daxildir. Səhiyyə sahəsində bir zaman xəyalımıza gətirmədiyimiz işlər bu gün artıq reallığa çevrilib”.
Ulu Öndərlə bağlı fikirlərini bölüşən təqaüdçü Tofiq Xəlilov deyib ki, Ümummilli liderin ideyaları hər zaman yaşayıb və yaşayacaq: “ Ulu Öndərin Azərbaycan xalqı qarşısında çox böyük və danılmaz xidmətləri var. Onun həyata keçirdiyi işlər sayəsində Azərbaycan Respublikası böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Ümummilli liderin ideyaları hazırda da uğurla davam edir ”.
Azərbaycan Konstitusiyasının məhz Ulu öndərin hakimiyyəti dövründə təsdiq edildiyini xatırladan təqaüdçü T. Xəlilov söyləyib ki, Ulu Öndər hər zaman vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xüsusi önəm verib, sosial sahəni diqqətdə saxlayıb: “Ümummilli lider hər zaman xalqımızın qəlbindədir və bundan sonra da yaşayacaq. Hər il olduğu kimi bu gün də Ulu Öndərin məzarını ziyarət etməyə özümə borc bilib Onun anadan olmasının 96-cı ildönümünü qeyd etmək üçün Fəxri Xiyabana gəlmişəm. Azərbaycan xalqı tək bu gün deyil, Ümummilli lideri hər zaman xatırlayır”.
Ziyarətçi Qala İsmayılova bu gün Azərbaycan vətəndaşı olaraq Ümummilli lider Heydər Əliyevi və Onun xanımı Zərifə Əliyevanı yad etməyi özünə borc bildiyini deyib: “Hər il olduğu kimi bu gün də Ulu Öndər Heydər Əliyev və Onun xanımı Zərifə xanım Əliyevanın məzarını ziyarət etməyə gəlmişəm. Bunu özümə bir borc bilirəm. Çünki, Ulu Öndər Azərbaycanı bütün bəlalardan xilas edib. O hər zaman bizim qəlbimizdə yaşayacaq. O bizim xilaskarımızdır. Əgər Ulu Öndər vaxtilə Azərbaycana qayıtmasaydı, bu gün bizim varlığımızdan söhbət gedə bilməzdi”.
Q. İsmayılova qeyd edib ki, Ümummilli lider istər birinci, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı bəlalardan xilas edib.
93 yaşlı Muxtar Bayramov Ulu Öndərlə dost və qardaş olduğunu dilə gətirib: “Ümummilli lider Heydər Əliyevlə birgə fəaliyyət göstərmişəm. Ulu Öndər sirrimiz, söhbətimiz bir olub. O mənim böyük qardaşım olub. Bu gün əziz qardaşımı itirdiyimə görə kədərliyəm ”.
M. Bayramov qeyd edib ki, Ulu Öndər təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük xidmətləri olub: “ O Azərbaycanı bütün dünyada tanıtdırıb. Bu gün dünya ölkələri Azərbaycanı tanıyır, hesablaşır. Təbii ki bütün bunları Ulu Öndərin əsasını qoyduğu siyasət nəticəsində əldə etmək mümkün olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB