Azay Quliyev: “Milli Məclis İranın ikiüzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir”

Azay Quliyev: “Milli Məclis İranın ikiüzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir”
"Son iki gündə İran-Ermənistan arasında Azərbaycanın milli maraqlarına təhdid edəcək dərəcə saziş hazırlandı və imzalandı". SİA-nın məlumatına görə bu sözləri millət vəkili Azay Quliyev parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
O, qeyd edib ki, İranın neft naziri Məsud Mirkazimi böyük fəxrlə elan edib ki, artıq bu sazişlə Ermənistanın enerji problemi həll olunub və Təbrizdən Ermənistana xüsusi neft kəməri istifadəyə verilib. "Mən hesab edirəm ki, parlamentdə bununla bağlı qərar qəbul olunmalıdır. Mən bir deputat olaraq İranın ikiüzlü siyasətinə etirazımı bildirirəm. Hesab edirəm ki, həmin siyasətin nəticəsidir ki, Ermənistan enerji təchizatını balanlaşdıraraq Dağlıq Qarabağın işğalını davam etdirir və Ermənistan prezidenti Serj Sarkisyan KİV-də sərt bəyanatlarla çıxış edir. Düşünürəm ki, Milli Məclis İranın bu ikiüzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir",-deyə, A.Quliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə