"Müstəqil Azərbaycan Heydər Əliyevin fəaliyyətinin zirvəsidir” ÖZƏL-MÜNASİBƏT
“Ulu öndər Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Ən zəngin və ən mürəkkəb elmləri öyrənəndə, o elmi müəyyən fəsillərə, hissələrə bölürlər. Onun bütün həyatı, addımları Azərbaycan xalqı üçün örnəkdir, tarixdir və bütöv bir həyatdır”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Heydər Əliyevin həyatda və tarixdə qalacağı ən böyük hadisə məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır: “Bu, Heydər Əliyevin fəaliyyətindəki zirvədir. Həmin zirvəyə gələnə qədər çox böyük keşməkeşli yollar keçib. Burada iki faktı qeyd etmək istərdim. 1993-1994-ci illəri müqayisə etsək, görərik ki, həmin vaxtlar ölkə büdcəsi tamamilə boşaldılmışdı. Ölkədə inflyasiyanın həddi keçmiş SSRİ məkanında ən yüksək həddə çatmışdı. Ölkənin ümumi daxili məhsulunun artım tempindən söhbət belə gedə bilməzdi. Ölkənin əsas mikroiqtisadi göstəricilərinin hesablanması çətinliklər yaradırdı. Onların hansı baza üstündə ölçülməsi, hansı statistik məlumatların ardıcıllaşdırılması və sistemləşdirilməsi barədə problemlər var idi.
İndi isə vəziyyət tamamilə fərqlidir. Belə ki, dünyada iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artım tempində 9,4 faiz qeydə alınıb. Digər iqtisadi nailiyyətlərimiz də bunun fonunda daha qabarıq görünür. Bu, nədən və haradan qaynaqlandı? Ölkənin iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin ərəfədə bu məsələnin reallaşacağı çox paradoksal görünürdü. Çünki biz iqtisadiyyatın güclü olmasından yox, zəif iqtisadiyyatdan və onun aradan qaldırılmasından danışa bilərdik. Lakin Heydər Əliyev dövlət idarəçiliyində daim bir prinsipi üstün tutmuşdu ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Çünki həmin dövrdə, O, Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Bizim hər birimiz Heydər Əliyevi mahir siyasətçi kimi qəbul edirik və bu, belədir. Eyni zamanda, iqtisadiyyatı təhlil etdikdə, görürük ki, Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, onu proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacaran siyasətçi obrazını xatırladır.
Şərqi Avropada birinci dəfə olaraq, torpağın özəlləşdirilməsi porsesi getdi. Sonra neft strategiyasının düzgün şəkildə müəyyənləşdirilməsi və nəhayət, bugünkü iqtisadi uğurlarımızın əsasında məhz Heydər Əliyevin islahatlarının dayandığı görünür. Bu gün neft sənayesindən və neft strategiyasından danışarkən, aydın olur ki, Onun apardığı fəaliyyət tamdır. Bir sözlə, Onun Azərbaycan üçün etdiklərini bütün detallarına qədər bilirik. Daha konkret desək, Heydər Əliyev dünya səviyyəli siyasətçi idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB