SAM-ın əməkdaşları NATO-nun Qış Sessiyasında məruzələrlə çıxış edəcəklər
Azərbaycan Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə yanvarın 30-dan fevralın 6-dək Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin(NİSA) qış sessiyası keçirilir. "NATO-nun yeni Strateji Konsepsiyası: hədələr və perspektivlər" mövzusunda keçirilən sessiyada alyansın qəbul edilmiş son Strateji Konsepsiyası gənc tədqiqatçılar, NATO ekspertləri və diplomatların iştirakı ilə müzakirə mövzusu olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirdə elmi SAM-ın elmi işçiləri Reşad Kərimov və Zaur Şiriyev "Staksnet nümünəsində təhlükəsizliyə yeni hədələr" və "Gələcək onillikdə Avropanın təhlükəsizliyinin təminində Avropa İttifaqının və NATO-nun iş birliyi" adlı məruzələrlə çıxışları nəzərdə tutulub. Sessiyada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, NATO-ya üzv və tərəfdaş ölkələrdən, həmçinin alyansın müvafiq strukturlarından, NATO Müdafiə Kolleci, Avropa Diplomatiya Akademiyası, Avropa Təhlükəsizlik Məsələləri üzrə Marşal Mərkəzi, Metropolitan Universiteti, Gənclərin Atlantik Müqavilə Təşkilatından və NATO-nun müxtəlif ölkələrdəki daimi nümayəndəliklərdən ekspertlərin məruzəçi qismində iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB