Azərbaycan Prezidenti İsrail xalqını təbrik edib

Azərbaycan Prezidenti İsrail xalqını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti cənab Reuven Rivlinə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. SİA-nın verdiyi məlumata görə, məktubun mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə