"Tovuz marafonu -2019" başa çatıb

"Tovuz marafonu -2019" başa çatıb

Ulu Öndər Heydər Əliyevin 96 illiyinə həsr olunan marafon keçirilib

YAP Tovuz rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Tovuz marafonu -2019"-za yekun vurulub. Marafon iştirakçıları, ilk öncə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstləri düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev adına Parkdan start götürən marafon şəhərin mərkəzində Ulu Öndərin adını daşıyan mərkəzin yanında başa çatıb. Marafonda 16 yaşdan yuxarı və əvvəlcədən qeydiyyatdan keçmiş 250 nəfərdən çox insan iştirak edib. Marafonçular arasında gənc oğlan və qızlar, eləcə də, orta yaş qrupuna aid şəxslər təmsil olunublar.
Marafon başa çatdıqdan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov qeyd edib ki, respulikamızın və eləcə də, dünyanın bir çox ölkələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü geniş şəkildə qeyd olunur: "Xalqımız müstəqil dövlətimizin banisinin əziz xatirəsini böyük minnətdarlıqla yad edir. Hər yerdə Onun xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirilir. İnsanlar Ulu Öndərə olan əbədi borclarının çox kiçik bir hissəsini qaytarmaq istəyi ilə sanki özlərində bir rahatlıq tapırlar. İndi keçirilən marafon da bu qəbildəndir".
M.Bayramov marafonun uğurla başa çatması münasibətilə bütün iştirakçıları təbrik edərək, bildirib ki, marafonun məqsədi, eyni zamanda, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
Sonra yarışda 1-ci və 2-ci yeri tutun Düz Cırdaxan kənd sakinləri və fərdi təsərrüfatda çalışan Nurlan Məmmədov, Seyfəddin Yusifov və 3-cü yeri tutan Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbin 11-ci sinif şagirdi Səbuhi Əhmədova xatirə hədiyyələri və mükafatlar verilibdir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə