Rusiyada da “azadlıq” səsləri

Rusiyada da “azadlıq” səsləri

Şimali Afrikanı və Orta Şərqi əhatə edən etiraz dalğası indi də Rusiyadadır. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva və ikinci böyük şəhəri Sankt-Peterburqda müxaliflər iqtidar əleyhinə etiraz nümayişi təşkil edib.

 

Qırmızı Meydanda dünən axşam saatlarında bir araya gələn 600-ə qədər nümayişçi "azadlıq, azadlıq" şüarları səsləndirib. Rusiyada müxaliflər və insan haqqları müdafiəçiləri Rusiya Konstitusiyasının 31-ci maddəsində əksini tapan sərbəst toplaşmaq azadlığını hökumətin yadına salmaq üçün hər ayın sonuncu günü Qırmızı Meydanda toplanır. Yeni ilin əvvəlindən 15 gün həbsxanada qalan müxalif liderlərdən Boris Nemstsov da etiraz nümayişinə qatılıb. Etirazçılar baş nazir Vladimir Putin dövrünün sona çatmasını istəyib.

 

Müxalifət polisin 11 nəfəri saxladığını açıqlayıb. Saxlanılan şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Sankt-Peterburq şəhərində nümayişə qatılan insanlar "ifadə və toplaşmaq azadlığı istəyirik. Senzuraya son qoyulmasını istəyirik" şəklində şüarlar səsləndirib. Məlumata görə, polis 60 adamı saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə