BSU-da Ümummilli Liderə həsr olunmuş X Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

BSU-da Ümummilli Liderə həsr olunmuş X Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

Dünən Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" adlı X Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək, Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, onların abidələri önünə əklil və gül dəstələri düzüblər.

Konfransın açılış mərasimi BSU-nun akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq, konfransın məqsədi, iş prinsipi və vəzifələri barədə iştirakçılara qısa məlumat verib. N.Əliyeva tədbirin Ümummilli Liderin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, Onun tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini və artıq onuncu dəfə keçirildiyini bildirib. Rektor Dahi Şəxsiyyət Heydər Əliyevin qısa müddət ərzində, müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb. Azərbaycan stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı rolu, ölkəmizin daxili və xarici siyasətində qazandığı uğurlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sülhsevər missiyası, Onun Azərbaycanın dünyada tanıdılması sahəsində gördüyü işlərdən danışıb.
Təhsil nazirinin müavini İdris İsayev çıxışında Ulu Öndərin Azərbaycanın müstəqillik tarixindəki rolundan danışıb. Nazir müavini Ümummilli Liderin irəli sürdüyü ideologiyanın Azərbaycanı bu gün regionun ən qüdrətli dövlətinə çevirdiyini bildirib. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının bütün istiqamətlərdə sürətli inkişaf strategiyasını yaratmış, dünya dövlətləri arasında ölkəmizin mövqelərini möhkəmlədən beynəlxalq müqavilələrə imza atmış, elm və təhsili müstəqil dövlətimizin prioritet istiqamətinə çevirmiş Dahi Şəxsiyyətdir. Azərbaycanşünaslığın aktual problemlərinin Ümummilli Lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konfransda araşdırılması müasir dövlətçiliyimizin strategiyasının Dahi Şəxsiyyətin qoyduğu prinsiplərdən kənara çıxmadığının bir göstəricisi kimi dəyərləndirilməlidir.
Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərinin qarşılığını zaman özü verəcək:"Heydər Əliyevin innovativ yeniliklərlə zəngin dövlət siyasəti, varislik yolu Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində görülən işlər sübut edir ki, ölkəmizin dövlət siyasəti beynəlxalq səviyyədə öz sözünü deməkdədir".
Rusiya Altay Dövlət Universitetinin Regional iqtisadiyyat və idarəetmə şöbəsinin müdiri, professor Vitaliy Mişşenko, Rusiya Volqoqrad Dövlət Sosial - Pedaqoji Universitetinin professoru Olqa Dmitriyeva, Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, professor Azər Kərimov çıxışlarında konfransın aktuallığından, bu konfransın beynəlxalq əməkdaşlığın inkişafına verəcəyi töhfələrdən danışıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə