Bu gün Misirdə "Əl Cəzirə" televiziyasının müxbirləri həbs edilib, daha sonra isə azadlığa buraxılıb.
SİA-nın xəbərinə görə, Misir rəsmilərinin Qahirə bürosunu qapatdığı "Əl Cəzirə" televiziyası ingiliscə yayım xidməti üçün xəbər hazırlayan 6 müxbirinin həbs edildiyini, az sonra sərbəst buraxıldığını, ancaq kameralarının müsadirə edildiyini xəbər verib.
Misir dövlət televiziyası isə ölkədə qatar səfərlərinin dayandırıldığını bildirib. Qeyd edək ki, müxalifət sabah Qahirədə bir milyon insanın iştirakı ilə mitinq keçirməyə hazırlaşır. Qatar səfərlərinin də bu səbəbdən təxirə salındığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB