"Mərkəzi Asiya regionu strateji seçim qarşısında qala bilər" ÖZƏL-RƏY

"Mərkəzi Asiya regionu strateji seçim qarşısında qala bilər" ÖZƏL-RƏY

"Çinin “Bir qurşaq, bir yol”layihəsi Mərkəzi Asiya regionunu strateji seçim qarşısında qoya bilər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Pekində keçirilən “Bir qurşaq, bir yol” forumunda 64 milyard dollarlıq 283 müqavilə imzalandı: "Bu müqavilələrin reallaşmasında Mərkəzi Asiya regionu dövlətləri birbaşa və ya dolayısı yolla iştirak edəcəkdir. Q.Berdıməhəmmədovu çıxmaq şərtilə Mərkəzi Asiya regionu dövlətlərinin hamısının başçıları Pekində keçirilən “Bir qurşaq, bir yol” forumunda iştirak etdilər.

Rusiyanın Xİ naziri S.Lavrov Moskvada keçirilən MDB sammiti zamanı Mərkəzi Asiya region dövlətlərinin Xİ nazirləri ilə görüşdü. Rusiya üçün bu ilk praktikadır.

“Mərkəzi Asiya regionunda iqtisadiyyatın artım tempi sabitdir, amma ümumilikdə həyat səviyyəsini qaldırmaq üçün hələki kiçikdir”, - Beynəlxalq Valyuta Fondu.

ABŞ-ın Sülh Fondu (The Fund for Peace) 178 dövlətin iş bacarıq qabiliyyəti olmasının reytinqini elan etdi. Türkmənistanı çıxmaq şərti ilə Mərkəzi Asiya regionu dövlətləri də bu Fragile States Index 2019 reytinqdə yer alıb. Tacikistan region ölkələri içərisində ən axırıncı yerdə, Qırğızıstan ondan 3 pillə, Özbəkistan isə ondan 5 pillə irəlidədir. Qazaxıstan isə 116-cı yerdədir. Bu reytinqin tərtibinə ərazinin bütövlüyünə nəzarət edə bilməsi, demoqrafik, siyasi və iqtisadi vəziyyət daxildir.

İŞİD-in Mərkəzi Asiya regionunda iştirakını artırdığı ilə bağlı məlumatlar yayılır. Əsasən bu Suriya və İraqda İŞİD-in məğlubiyyəti ilə əlaqələndirilir. Hal-hazırda ən çox Fərqanə vadisində cəmləşirlər.

“Azadlıq” radiostansiyasının (ABŞ) Mərkəzi Asiya regionu üzrə direktoru istefa verməli oldu. Onunla yanaşı həm də Tacikistan bölməsinin direktoru istefa verdi. Onların istefa verməsinə səbəb kimi demokratik düşüncəli əhalinin etirazı göstərilir. Guya “Azadlıq” radiostansiyasının rəhbərliyi region ölkələri rəhbərlərinin təsiri altındadır və bu daha aydın özünü Tacikistanda göstərir. Gözlənilmədən Rusiya Xarici İşlər Nazirliyi buna reaksiya verdi. Ehtimal ki, Rusiyanın özünün də bu prosesdə müəyyən rolu olub. Bundan istifadə edərək Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri M.Zaxarova ABŞ-ı “Azadlıq” radiostansiyasının ümumilikdə rus versiyasına diqqət yönəltməyə çağırdı. Bununla da bu radiostansiyanın ABŞ-dakı rəhbərliyi başa düşəcək ki, rus dilində yayılan informasiyalar nə qədər siyasi cəhətdən qərəzli və qeyri-peşəkardır. “Mərkəzi Asiya regionu ölkələrinə demokratiya lazım deyil”.- V.Pozner, Rusiyanın məşhur telejurnalisti".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə