Banqladeşdə hava limanı tikilməsi planına etiraz edən minlərlə insan polislə toqquşub.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, paytaxt Dəkkənin kənarındakı Munşiqanj bölgəsində, Həzrət Şahcəlal hava limanına bir neçə kilometr məsafədə tikilməsi planlaşdırılan yeni aeroport üçün hazırlıqlar başlayıb.
Torpaqlarını, evlərini vermək istəməyən minlərlə kəndli plana etiraz məqsədilə mitinqlərə başlayıb. Kəndlilər bir polis şöbəsini və polis avtomobillərini yandırıblar, yollarda barrikadalar qurublar. Polisin gözyaşardıcı qaz və plsatik mərmilərlə müdaxilə etdiyi toqquşmada onlarla insan yaralanıb. Yaralananlardan yeddisinin polis olduğu bildirilir. Aksiya zamanı çox sayda insan həbs edilib.
Hökumət isə etirazlara baxmayaraq yeni hava limanının tikiləcəyini, kəndliləri dövlətin düşmənlərinin qızışdırdığını bəyan edib.
Ölkədə 3 beynəlxalq hava limanının olduğunu bildirən müxalifət isə yeni aeroporta ehtiyac olmadığını bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB