ATƏT-in Minsk Qrupunun nə qədər işləməsinə baxmayaraq, sülh müqaviləsi imzalanana qədər atəşkəs pozulacaq. SİA Ermənistana məxsus tert.am saytında gedən məlumata istinadən xəbər verir ki, bu barədə İrəvanda jurnalistlərlə görüşündə general-mayor Astvatsatur Petrosyan deyib.
“Nə qədər ki, 5-6 ölkə arasında Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və İran da daxil olmaqla bir sülh müqaviləsi imzalanmayıb həmişə təhlükə olacaq"-deyə general-mayor bildirib.
Astvatsatur Petrosyan bildirib ki, sərhəddə baş verənlərə başqa nöqteyi-nəzərdən da baxılmalıdır. "Əgər diqqətli olsaq, görərik ki, Medvedevin səfəri zamanı sərhəddə atışma demək olar ki, iki dəfə artıb. Bunu Əliyev istəməsə də, amma bizim ən böyük düşmənimiz olan Türkiyə hərbi gücləri Ermənistan üzərinə göndərə bilər ".
Astvatsatur Petrosyanın sözlərinə görə onlar aqressiv güclərlə mühasirəyə alınıblar.
“Bizim strategiyamız ortaq bir düşmanı devirmək və ərazimiz xaricində müharibə aparmaq məqsədi ilə olmalıdır” –deyib Petrosyan.
Tavuş sərhədindəki gərginlik, Azərbaycan Silahlı Qüvvələrinin əvəzinə, sərhəd qoşunlarının yerləşdirilməsi nəticəsində yeni hərbi hissələr qurmaq və cəbhə xəttinin testlərini aparmaqla bağlı fikirlərə gəldikdə, A.Petrosyan deyib: "Sərhəddə görülən işlər sirrdir. "Sərhəd qoşunları" anlayışı əslində yoxdur və Azərbaycanın bütün qoşunları elə sərhəddədir. Biz buna qarşı olsaq da onlar ordunu artırırlar, kazarmalar qururlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB