YAP Sabunçu rayon təşilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirib
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakıxanov qəsəbəsində yenidən qurulan istirahət parkında inşa edilmiş və 13 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Bakı Gənclər Mərkəzində geniş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir.
M.Abasquliyeva, həmçinin gənc nəslin inkişafı, tərəqqisi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin nəticəsidir: "Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz İlham Əliyevin apardığı mütərəqqi siyasət bu gün bizim hər birimizin partiya həyatında daha fəal olmağımız üçün geniş şərait yaradır. Gənclər də, o cümlədən YAP Sabunçu rayon təşkilatının gəncləri də Yeni Azərbaycan Partiyasının sadiq üzvləri kimi ölkəmizin inkişafında öz töhfələrini verməkdədirlər. Bu isə, bilavasitə Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevə olan sarsılmaz inamın bariz nəticəsidir".
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədrinin müavinləri Bəxtiyar Qasımov və Məhərrəm Mehrəliyev, YAP Sabunçu rayon təşkilatının Aparat rəhbəri Rəşad Abbasəliyev, YAP Sabunçu rayon gənclər birliyinin sədri Qüdrət Əlipənahov, Bakı Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov və başqaları Ulu Öndər Heydər Əliyevin xalq və dövlət üçün gördüyü, xeyrli, gərəkli fəaliyyətindən və Dahi Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin daha da inkişaf etdirilməsi, xalqın sosial-rifah halının yaxşılaşdırılması, Azərbaycanın dünyada yerinin və rolunun möhkəmləndirilməsində göstərdiyi əvəzsiz xidmətlərindən danışdılar.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB