"3 may - Ümumdünya Mətbuat Azadlığı Günüdür. Həmin gün jurnalistlər üçün çox əlamətdar bir gündür. Ümumdünya Mətbuat Azadlığı Günü jurnalistlərin həmrəyliyini ifadə etmək, söz azadlığı ilə bağlı problemləri müzakirə etmək və perspektiv fəaliyyətləri nəzərdən keçirmək üçün çox yaxşı bir ortamdır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
MŞ-nın sədr müavinin sözlərinə görə, artıq ötən gündən etibarən bir sıra ölkələrdə beynəlxalq tədbirlər keçirilməkdədir: "Azərbaycanın özündə də söz azadlığı məsələsi kifayət qədər gündəmdə olub. Azərbaycanda söz azadlığı ilə bağlı kifayət qədər fəaliyyətlər var ki, bunların altını cızmaq olar. Ölkəmizdə media, söz azadlığı və onun təmin olunması ilə bağlı dövlətin gördüyü xeyli sayda işlər vardır. Biz MŞ-nın fəaliyyətinə nəzərə salsaq görərik ki, kifayət qədər işlər görülüb. Bu gün mətbuatın məsuliyyəti, funksiyasının dəyəri artmaqdadır. Bu gün sözün çəkisinə dəyər verilməsi çox vacib məsələlərdən biridir. BMT-nin Baş katibi Antoniu Quterriş ötən ili doğru, düzgün mətbuat üçün çağırış etdi. Bu gün dünyada kifayət qədər problemlər var. 50-dən çox ölkədə konfiliktlər vardır ki, həmin konfiliktlərin də aradan qaldırılmasında mətbuatın kifayət qədər rolu ola bilər. Bu mənada mətbuat obyektiv olmalıdır və işıqlandırdığı məsələlərə obyektiv mövqedən yanaşmalıdır. 1994-cü ildən bu günə qədər 1400-ə yaxın jurnalist öz peşə fəaliyyəti zamanı dünyasını dəyişib. Yəni bu cür problemlər yaşayırıq. Ümid edək ki, həm sözə dəyər, həm də söz azadlığı Azərbaycanda bundan sonra da əsas məsələlərdən biri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB