Kaş bunu anlaya bilərdilər
Son günlər dağıdıcı müxalifətin bəzi texnoloqları may-iyun aylarında mitinqlərə başlayacaqları barədə çıxışlar edirlər. Hətta Müsavat başqanı Arif Hacılı iddia edib ki, ümumi müxalifətin respublika mitinqi təşkil olunacaq. Sual olunur: bir-birinə düşmən kəsilən Müsavat - "Milli Şura", Müsavat-AXCP qarşıdurması fonunda Əli Kərimli, Cəmil Həsənli, Sərdar Cəlaloğlu və digərləri Arif Hacılının bu təklifinə dəstək verə biləcəkləri nə dərəcədə inandırıcıdır? Axı bir dəfə "bir dam altında" mitinq keçirdiniz, nə oldu? Pərən-pərən, bir-birinizə qurşaqdan aşağı söyüşlər, təhqirlər. Abırsızlıq bu qədər də olmaz. Dərd, xaricdə olan havadarlarına bir mesajdır ki, biz də varıq. Bununla da xaricdə olan havadarlarından maliyyə yardımları alaraq, özlərinin ciblərini doldurmağa ümid bəsləyirlər.
Digər bir məsələ isə, mitinq keçirmək həvəsinə adətkar olan müxalifət yazqabağı şou göstərmək istəyi ilə varlıqlarını nümayiş etdirnmək istəsə də, heç bir şeyə nail olmayacaqlar. Ancaq bunu anlaya bilsəydilər..., mayın 5-də "Milli Şura" deyilən qondarma qurum mitinq keçirəcəklərini bəyan etməzdilər. Hətta ənənəvi ampluasından çıxış edən AXCP sədri Ə.Kərimli mitinqin iştirakçılarının sayının on minlərlə olacağı barədə başından böyük açıqlamalarla çıxış edib.
Hafiz Hacıyev: "Əxlaqsız və maşennik Əli Kərimli ailəsini qoruyub-saxlaya bilmir, hansı üzlə xalqı mitinqə çağırır?"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev satılan, əxlaqsız AXCP sədri Ə.Kərimlinin mayın 5-də mitinq keçirmək iddiasına düşməsindən əsəbləşərək bildirib ki, bu o Kərimov Əlidir ki, nə mənəviyyat, nə əxlaq deyilən milli dəyərlərdən uzaqdır: "Belə olan halda özünü, ailəsini qoruyub saxlaya bilmirsən, sən hansı əsasla xalqı mitinqə çağırırsan? Özü də səni dəstəkləməyənləri terrorçu adlandırısan. Əsil terrorçu, cinayətkar sən Kərimov Əli özünsən. Sənə cinayət işi açılmalıdır".
H.Hacıyev, həmçinin Ə.Kərimlinin yanında fırlanan Cəmil Həsənlini də tənqid edərək bildirib ki, o qoca təlxəkdir: "Ə.Kərimlinin yanında bir təlxək var. Qızını erməniyə verən qoca təlxək. Bir dəfə onu döyüb burdan qovdum. Bunlar görür ki, əlləri hər yerdən kəsilir, arxaları ilə gedən yoxdu başlayırlar təhqir etməyə. Həsənov Cəmil, sən şərəfsizin başında duran, namuzsuz adamsan. Qızını erməniyə vermisən. İndi ermənilərin tapşırığı ilə Azərbaycanda çevriliş etmək istəyirsən. Sən buna nail ola bilməyəcəksən. Çünki bu gün ölkə güclü lider tərəfindən idarə olunur. Çünki xalqla lider birliyi var".
Suyu bulandırma cəhdlərinin perspektivi yoxdur
Zaman-zaman Azərbaycana qarşı güclənən və səngiyən çirkin qarayaxma kampaniyasının, eləcə də sabitliyin pozulmasına edilən davamlı cəhdlərin arxasında da dövlətimizin heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini qətiyyətlə müdafiə etməsi, ardıcıl və prinsipial siyasətidir. Odur ki, sifarişlə çalışan dağıdıcı qüvvələr nə əvvəllər öz qərəzli planlarını reallaşdıra biliblər, nə də bundan sonra çirkin niyyətlərinə nail ola biləcəklər. Çünki Azərbaycanda güclü xalq - iqtidar birliyi var. Odur ki, bulanıq suda balıq tutmaq istəyənlər bilməlidi ki, Azərbaycan vətəndaşını öz xəbis niyyətinin icraçısına çevirə bilməyəcəklər. Ə.Kərimli, L.Yunus, X.İsmayıl, N.Adilov və bu kimi satıb-satılan ünsürlər həmin xarici qüvvələr tərəfindən bir əlcək kimi istifadə olunub kənara atılır. Bunu anlamaq lazımdır, belə də olub və olmaqdadır. Çünki onların əsl mahiyyəti alət olmaqdır.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB