Mais Səfərli: “Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur” RƏY-ÖZƏL
“Azərbaycanın ana yasasında da və qanunlarımızda kütləvi aksiyalarla bağlı müddəalar var”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bildiyiniz kimi, Azərbaycan demokratik hüquqi dövlət olduğu üçün kütləvi aksiyaların keçirilməsi yasaq deyil: “Hər bir siyasi partiya, qrup, vətəndaş kütləvi aksiya keçirə bilər. Yəni bu qanunla insanlarımıza, partiyalara, QHT-lərə və bütün vətəndaşlarımıza verilmiş bir hüquqdur. Demək olar ki, bu hüquqdan da ən çox radikal müxalifət düşərgəsində fəaliyyət göstərən şəxslər yararlanırlar. Bu illər ərzində müxalifət düşərgəsini təmsil edən şəxslər müxtəlif aksiyalar keçiriblər. Amma keçirilən bu aksiyalar iflasla nəticələnib. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifətin ölkə iqtidarının gördüyü böyük işlərə kölgə saldıqlarından, ağa qara dediklərindən görə cəmiyyətin dəstəyindən tamamilə məhrum olublar. Yenidən bu gün müxalifətin icazə verilməmiş, razılaşdırılmamış kütləvi aksiyaların keçirilməsinə meyillənmələri özlərini reklam etməkdən və gündəmə gəlməkdən irəli gəlir. Ümumiyyətlə, müxalifətin bu cür hərəkətləri Azərbaycanın milli maraqlarına ziddir. Azərbaycan demokratik-hüquqi dövlətdir və burda nəyin ki, kütləvi aksiyalar digər tədbirlərində keçirilməsinə qanun çərçivəsində yol verilir. Bir sözlə, bu gün müxalifətin fikri Azərbaycan haqqında mənfi imic formalaşdırmaq və Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaqdan ibarətdir. Amma müxalifətin bu cür hərəkətlərə əl atması əbəsdir. Çünki dünya dövlətləri Azərbaycanı çox gözəl tanıyır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB