V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, İƏT Baş katibi V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edib. Forumun dünyada sülh, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə baxımından önəmli platforma olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov forumun rəsmi açılışında Baş katibin çıxışına istinad edərək, mədəniyyətlərarası dialoq, müasir dünyanın üzləşdiyi hədə və təhdidlər, o cümlədən islamafobiya kimi məsələlərin cavablandırılmasına dair İƏT-in yanaşması ilə bölüşdüyü üçün Baş katibə təşəkkür edib.
Tərəflər İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi apardı. Həmçinin qarşıdan gələn İƏT zirvə görüşünə hazırlıq məsələləri müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB