"Rəqiblər ölkənin inkişafının qarşısını almağa çalışır" Ərdoğan

"Rəqiblər ölkənin inkişafının qarşısını almağa çalışır" Ərdoğan

"Ankaraya artan təzyiqin səbəbi Türkiyənin iqtisadi gücünü məhv etmək və beynəlxalq siyasi arenada ölkənin mövqeyinin möhkəmləndirilməsinin qarşısını almaqdır". SİA "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Ticarət və Borsalar Birliyi (TOBB) İdarə Heyətinin 75-ci iclasında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısının sözlərinə görə, respublikanın yaxın zamanlarda qarşılaşdığı bütün iqtisadi çətinliklər birbaşa Türkiyənin daxili işlərinə müdaxilə cəhdləri ilə bağlıdır.

Dövlət başçısı qeyd edib ki, statistik göstəricilər ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir.

Ərdoğan, Türkiyə hökumətinin 2,5 milyon yeni iş yeri yaratmağla bağlı qarşısına qoyduğu öhdəliyi xatırlatdı: "İlin ilk rübündə Türkiyədə işləyənlərin sayı 100 min nəfər artıb. İşsizliyin azaldılması ölkənin davamlı böyüməsinin vacib göstəricisidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə