"Bakı prosesi ölkələr arasında əlaqələrin genişlənməsinə mühüm töhfədir" AÇIQLAMA-ÖZƏL
"Azərbaycanla Macarıstan arasında mədəni ticari, iqtisadi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri var. İki ölkə arasında mühüm mübadilə tədbirləri həyata keçirilir". Bu fikirləri SİA-ya açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Macarıstanda olan iştirakçısı Marton Schoberl deyib.
İki ölkə arasında tələbə mübadiləsinin aparıldığını dilə gətirən M.Schoberl bildirib ki, Macarıstanda çoxlu sayda azərbaycanlı tələbələr təhsil alır.
Azərbaycanda ikinci dəfə səfərdə olduğunu deyən Forum iştirakçısı hesab edir ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iki ölkə arasında, ümumilikdə isə bütün ölkələr arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək: "Bu gün Forumun ilk günü olsa da artıq maraqlı çıxışlar dinləmişik. Bakı prosesinin sabah da eyni maraqla davam edəcəyini düşünürəm".
Bakı haqqında təəssüratlarını bölüşən qonaq qeyd edib ki, Forumda iştirak etməsinin əsas səbəbi Bakı ilə bağlı yüksək marağının olmasıdır: "Bakı inkişaf etmiş ölkələrin paytaxtından seçilmir. Son illər Bakının daha da inkişafı, gözəlləşməsi və müasirləşməsi bunu bizə deməyə əsas verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB