Arun Gupta: "Bakı bütün mədəniyyətləri birləşdirməyi bacarır" ÖZƏL-AÇIQLAMA
"Mən ilk dəfədir ki, Bakıya səfər edirəm. Daha əvvəl heç bir forumda iştirak etməmişəm, Azərbaycana məhz forumda iştirak etmək üçün gəlmişəm". Bu fikirləri SİA-ya açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Hindistandan olan iştirakçısı Arun Gupta deyib.
O bildirib ki, forumda müxtəlif mədəniyyətə, dinə, dilə, irqə sahib olan insanlar görmək mümkündür: " Bütün bunlar o deməkdir ki, Bakı bütün mədəniyyətləri birləşdirməyi bacarır".
A.Gupta söyləyib ki, Bakının 100-lərlə insana qucaq açması Azərbaycanın mədəniyyət ocağı olmasından xəbər verir. Forumdan gözləntilərinin çox yüksək olduğunu deyən Hindistanlı iştirakçı Azərbaycanın inkişafı ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda infrastruktur çox gözəl inkişaf edib: "Ölkəniz çox gözəl, müasir, insanlarınız vətənpərvərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB