"Bakı prosesi sülhü bərqərar edən elementə çevrilib"

"Bakı prosesi sülhü bərqərar edən elementə çevrilib"

"Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. BMT nümayəndəsi olaraq mənim fikirlərim özüm üçün böyük məna kəsb edir. Bu toplantının başlığı dünyaya açıq aydın ismarıcı ehtiva edir. Burada dialoqun qurulması, fəaliyyət və bunun nəticəsində yaranan ittifaqdan danışacağıq. Hesab edirəm ki, konfrans çox zamanında baş tutur". SİA-nın xəbərinə görə, bunu BMT Sivilizasiyalararası Alyansın Ali nümayəndəsi Migel Angel Moratinos Bakıda V Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında deyib.

Şri-Lankada baş verən hadisələrdən söz açan BMT rəsmisi söyləyib ki, dünyada baş verən hadisələr bizi məyus edir: "3 ay bundan öncə bu kimi hadisə Kaliforniyada baş verib. ABŞ-da, Filippində və digər ölkələrdə buna oxşar hadisələr artıq narahat edir. Biz bu məsələlərə fərqli yanaşmalıyıq. Bu hadisələr çox təhlükəlididir. Biz nifrəti ləğv etməliyik. Nifrət sanki xərçəng xəstəliyidir və məhvetməyə istiqamətlənib. Odur ki, biz birlikdə çalışmalı, bu yanaşmadan uzaqlaşmalıyıq".

Onun sözlərinə görə, problem dində, imanda deyil, dindən sui-istifadə edənlərdədir: "Dini azadlığı qorumalı, insan haqlarına üstün yutmalıyıq. Hər kəs sülh içində etiqad etmək hüququna malikdir. Zorakı ekstremizm beynəlxalq ictimaiyyət üçün təhlükəlidir. Bu risk münaqişə riskini artırır. Bir-birimizə əl uzadıb vəziyyəti aradan qaldırmalıyıq".

"Bakı prosesi sülhü bərqərar edən elementə çevrilib. Biz illərdir ki bir-birimizə dəstək, işimizə töhfə veririk. Əslində Bakı BMT Sivilizasiyalararası Alyansın Habına çevrilə bilər. Biz yeni Alyanslar qurmalıyıq",- deyə BMT rəsmisi qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə