Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə " Səhiyyəmizin bu günü və sabahı" başlığı altında tədbir keçirilib 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən tədbirdə rayonun səhiyyə ocaqlarında çalışan həkim və tibbi personalın nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda səhiyyə sahəsinə həmişə diqqət yetirib və bu sahənin inkişafına qayğısını əsirgəməyib. "Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib”, deyə qeyd edən Hikmət Şikarov bildirib ki, məhz Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır: “Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb".
Çıxış edən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov çıxış edərək, xəstəxananın müasir standartlara uyğun avadanlıq və peşəkar həkim personalı ilə təmin olunduğunu vurğulayıb.
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayaraq tədbir iştirakçılarına onları maraqlandıran suallar və problemlərlə bağlı müraciət etmələrini tövsiyə olaraq irəli sürüb.
Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli rayonun səhiyyə sistemi bağlı layihələrin hazırlandıqları barədə məlumat verib.
Tədbirdə çıxış edən 3 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Tamara Məmmədova, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və digər tədbir iştirakçıları Pirallahı rayonunun səhiyyə ocaqlarında yaradılmış yüksək şəraitlə bağlı dövlət rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB