“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mühüm məsələlərə toxundu”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, 2019-ci ilin ilk rübündə görülən işlər və perspektiv planlardan danışan dövlət başçsı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı öz qəti mövqeyini bir daha ortaya qoydu: “Bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan sazişə kölgə salmaq üçün guya hakimiyyətin Dağlıq Qarabağla bağlı məsələlərdə böyük güzəştlərə gedəcəyini dilə gətiriblər. Dövlət başçısı bu məslələrə aydınlıq gətirmək üçün bir daha indiyə qədər tutduğu dəyişməz mövqeyini bildirərək “Biz bundan sonra da öz prinsipal mövqeyimizdə qalacağıq ,ölkəmizi, ordumuzu gücləndirəcəyik” bəyanatını verdi. Bununla da Prezident hakimiyyətin Dağlıq Qarabağ probleminin həllində ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirərək son nöqtəni qoydu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB