"ADNA hadisəsi sırf siyasi xarakter daşıyırdı" ÖZƏL-ŞƏRH

"ADNA hadisəsi sırf siyasi xarakter daşıyırdı" ÖZƏL-ŞƏRH

"Erməni terrorunun tarixi çox qədimdir və onu iki mərhələyə bölmək olar. Bu orta əsrdən 1890-cı ilədək və 1890-dan sonra dövrləri əhatə edir. İkinci dövr terror hərakatı Daşnak partiyasının qurulması ilə başlayır". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu partiyanın strateji xətti terror və güc yolu ilə hakimiyyətə gəlmək olub: "Devizləri təşkilatlanmaq, silahlanmaq və qarışıqlıqlar zamanı hərəkətə keçərək terrorla mənfəət əldə etməkdir. Xain saldırılarına cavab verildikdə və əməllərinə görə cəza zamanı yetişdikdə "bizi genosidə uğradırlar" deyərək bütün dünyaya car çəkiblər. 1915-ci il hadisələri də məhz erməni terrorunun provakasiyasıdır. Rus-türk müharibələri zamanı Osmanlıya xəyanət edən ermənilər müharibə şəraiti nəzərə alınaraq onların şəxsi təhlükəsizliyi naminə kompakt yaşadıqları ərazilərdən köçürüldülər. Erməni terror mexanizmi bu dəfə də işə düşərək saxta genosid təbliğatını uğurla həyata keçirə bildi. Hadisənin üstündən 100 ildən artıq zaman keçməsinə baxmayaraq bu gün də problemin həlli çətinliklər yaradır.

Son yüz ildə erməni terrorçuları minlərlə türk aydınlarını qətl etdilər. Azərbaycanın bütün bölgələrində dinc əhaliyə qarşı vəhşi üsullardan istifadə edərək qətllər törətdilər. Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi prosesi də məhz terrorla başladıldı və bu günə qədər də davam edir. Atəşkəs zamanında da erməni terroru öz əməlini davam etdirdi. Bakıda, Gəncədə və neft kəmərlərində dəfələrlə terror aktları törətdilər. Son terror hadisələrindən olan ADNA hadisəsi isə sırf siyasi xarakter daşıyırdı və Azərbaycanın mühüm kontrakt və layihələrinin reallaşmasına qarşı yönəlmişdi. Lakin Azərbaycan bu hadisənin siyasi terror aktı olduğunu sübut etməsi TAP və TANAP-ın reallaşmasının qarşısın ala bilmədi. 20-ci əsrin əvvələrində Rusiyanın dəstəyi ilə yaradılan bu hərakat sonradan Rusiyanın özünə də problemlər yaşatmağa başladı, hətta Avropanı və Amerikanı narahat etməyə başlayıb. Erməni terrorizminin Avropa və Amerikada törətdikləri vəhşiliklər artıq diqqətə alınmağa başlanılıb. Bu bəlanın qarşısının alınması yalnız beynəlxalq güclərin birgə səyi nəticəsində mümkündür. Tək və ya bir neçə məhdud sayda dövlətlər bu problemin köklü həllinə nail ola bilməzlər. Çünki, terror nəzarətsiz ərazilərdə hazırlanır və yaxşı bəslənilir. Hazırda bizim üçün terrorun kökünün kəsilməsi dünya ictimaiyyətinin nəzarətindən kənar qalmış Dağlıq Qarabağın işğaldan azad olunması ilə birbaşa əlaqəlidir. O səbəbdən də Azərbaycan terrorla mübarizə adı altında fəaliyyət göstərən bütün ciddi təşkilatlarla əməkdaşlıq edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə