AXCP sədrinə 100 minlərlə qrantı kimlər ötürür? FAKTLAR+ARAŞDIRMA
Və ya Əli Kərimlinin troll başqanı İlham Hüseyn və qrantyeyənlik reallığı
Sirr deyil ki, AXCP sədri Əli Kərimlinin trolları əsasən, onun xaricdən aldığı sifarişləri əsasında sosial şəbəkələrdə müxtəlif səpgilərdə söyüş və təhqirlər yağdırmaqdadırlar. O da məlumdur ki, Kərimlinin trollarına başqanlığı İlham Hüseyn edir. Düzdür, digəri Emil Səlimov olsa da, əsas “yük” məhz İ.Hüseynin üzərindədir. Bu arada, Ə.Kərimlinin troll başqanı İ.Hüseyn bir neçə gün öncə növbəti statusunu paulaşaraq, guya sifarişlər əsasında fəaliyyət göstərmədiklərini, yəni qrantyeyən olmadıqlarını sübut etməyə çalışıb. Lakin onun bu cəhdi özünüifşa ilə nəticələnib. Daha doğrusu, bilavasitə AXCP sədrinin təlimatları və tapşırığı ilə paylaşılan status və postlarda dövlət və hakimiyyət maraqlarına tərəf olan rəylər dərhal silinib. Əslində, bu birinci hal deyil və əks rəylərin silinməsi faktı da sübut edir ki, Ə.Kərimli ümumiyyətlə, demokratik fərd deyil, əksinə, avtoritar idarəçidir. O cümlədən, o azad söz və fikrə, müstəqil düşüncə prüalizminə qarşı kifayət qədər dözümsüzdür, yəni antidemokratik biridir. Bu baxımdan, istər AXCP, istərsə də “Milli Şura”nın “demokratik qüvvələr” kimi ictimaiyyətə sırınması cəmiyyət tərəfindən səmimi qəbul edilmir.
Məgər bu addımın özü Ə.Kərimlinin və tərəfdarlarının antidemokratik olmaları ilə yanaşı, həm də qrantyeyən olduqlarını isatlamırmı?
Misal üçün, bir faktı dəyərli oxucularımızın diqqətinə çatdıraq. Belə ki, Ə. Kərimli Sevinc Osmanqızının kanalında guya qrantyeyən olmadığını iddia etmək istədi və bir gün sonra onun trollarına rəhbərlik edən İ.Hüseyn sözügedən postu paylaşdı. Nəticədə dövlətçilik maraqlarından çıxış edən sosial şəbəkə fəalları AXCP sədrinin yalan danışdığını, özünü reklam etdiyini və s. sübutları ortaya çıxardılar və...
Və əlbəttə ki, İ.Hüseyn dərhal həmin rəyləri sildi, üstəlik əks-rəylər yazan fəal sosial şəbəkə istifadəçilərini blokladı. Sual yaranır: əgər sizlər bu qədər azad fikir, demokratiya tərəfdarı, sərbəst mübarizə aparanlarsınızsa, nəyə görə tənqidlərə qəbul etmir, üstəlik, ac qurdlar kimi tənqid edənlərə qarşı hücuma keçərək, amansız təhqirlər, söyüşlər yağdırır, sonra da onları bloklayırsınız? Məgər bu addımın özü Ə.Kərimlinin və tərəfdarlarının antidemokratik olmaları ilə yanaşı, həm də qrantyeyən olduqlarını isatlamırmı? Söz yox ki, bu suallar onlara dəfələrlə verilib, sadəcə həmin sualları onlara öldürücü siyasi zərbədir və həqiqəti üzə çıxarır. O cümlədən, əks rəylər yazılarkən, onlara qrantlar ayıran xarici təşkilatlar verdikləri təlimatlarının işləmədiyini iddia edib, həmin qrantları kəsirlər.
Qrant vəsaitlərinin 60 %-i, yəni 500 min dollara yaxını birbaşa Əli Kərimlinin şəxsi büdcəsinə daxil olub!
Bəs Ə.Kərimli necə qrantyeyənlik edir və aldığı məbləğlər haradan, niyə qaynaqlanır? Bu sualın da cavabı bəsitdir. Aparılan araşdırmalar da göstərir ki, AXCP sədrinin ətrafında müxtəlif siyasiləşdirilmiş QHT-lər mövcuddur və həmin QHT-lərə Qərbin bəlli təşkilatları on minlərlə, yüz minlərlə dollar qrantlar ötürürlər. Təbii ki, təlimatlar, sifarişıər və s. də öz yerində.
Misal üçün, Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 140 min dollar, Avropa İttifaqı Nümayəndəliyi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları (QDİ) proqramları çərçivəsində 9 milyon manata yaxın vəsait, Avropa Komissiyasının xəttilə ayrılan 2.7 milyon avro, ABŞ-ın Azərbaycandakı səfirliyindən 15322 dollar, Dünya Bankından 10500 dollar, “Revenue Watch Institute” (ABŞ) 30000 dollar, “Asiya İnkişaf Bankı” üzrə QHT Forumundan 4720 dollar, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan (NED) 40250 dollar, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən 5000 funt sterlinq, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondundan 19615 dollar, yenə də NED-dən 42796 dollar, ABŞ-ın “Kounterpart İnterneşnl” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyindən 29448 manat, ümumilikdə isə, iki ildə 210.000 dollar, ABŞ-ın Marşal Fondundan (GMF) 21800 dollar, Avropa Birliyindən 120.374 avro, 250 min avro isə əldə olaraq.
Ümumilikdə, AXCP-yə yaxın QHT-lərə təxminən 800 min dollar vəsait ayrılıb ki, bu vəsaitin 60 %-i, yəni 500 min dollara yaxını birbaşa Əli Kərimlinin şəxsi büdcəsinə daxil olub.
Buna isə dövlətə xəyanət adından başqa heç bir adı vermək olmaz!
Beləliklə, fakt budur ki, yuxarıda adları çəkilən təşkilatlar hələ bəlli olan qrantlar və məbləğlərdir və kölgə təşkilatlar da mövcuddur ki, onları da butaya əlavə edərsək, ümumi hesablamalara görə Ə.Kərimlinin son 10 ildə qrant biznesindən əldə etdiyi gəlirlər 10 milyon dolları əks etdirər! Və əgər, AXCP sədrinin baş trolu İ.Hüseyn bu hesablamaları “qərəz” hesab edirsə, qoysun kalkulyatoru qarşısına, hesablamalarını da özü eləsin.
Yeri glmişkən, biz bu sıralamaya Ə.Kərimlinin mühacir biznesindən və digər qaranlıq sahələrdən əldə etdiyi gəlirləri də əlavə edərsək, daha çox milyonluq rəqəmlərin şahidlərinə çevrilmiş olarıq. Bu baxımdan, 100% əminliklə nəticəyə gəlmək mümkündür ki, AXCP sədri və onun baş trolları dövlət maraqlarını, milli maraqları anti-Azərbaycan siyasi dairələrinə və həmin dairələrə pul buraxan erməni lobbisinə görə məmnuniyyətlə satırlar. Buna isə dövlətə xəyanət adından başqa heç bir adı vermək olmaz.
Rövşən RƏSULOV
P.S. Ümidvarıq ki, müvafiq strukturlar bu məsələni diqqətə alıb, lazımi tədbirləri görəcəklər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB