Tahir Kərimli: “Aslan İsmayılov kimlər çirkin məqsədlərinə nail ola bilməyəcəklər ” RƏY-ÖZƏL

Tahir Kərimli: “Aslan İsmayılov kimlər çirkin məqsədlərinə nail ola bilməyəcəklər ” RƏY-ÖZƏL

“Azərbaycanda önəmli tədbirlər keçirilən zaman müxalifət düşərgəsini təmsil edən şəxslər xoşagəlməz hərəkətlərə əl atırlar”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, bu da müxalifətin mərəzidir: “Təəssüflər olsun ki, müxalifət təmsilçiləri ölkəmizdəki uğurları görmək istəmir. Onların işi Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaqdan ibarətdir. Amma heç vaxt müxalifətin, o cümlədən də onun-bunun tapşırığı ilə oturub duran A.İsmayılov çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. O cümlədən də, Azərbaycan dövləti dünya dövlətləri arasında öz sözünü deyən və hörmətini qazanan bir dövlətdir. Heç bir qüvvə bizim uğurlarımıza kölgə sala bilməz. Ümumiyyətlə, “Formula-1” yarışında Azərbaycan siyasi və maddi dividentlər əldə etdi, dünyada tanınan və qəbul edilən dövlət olduğunu nümayiş etdirdi. Təəssüflər olsun ki, hər zaman olduğu kimi bu dəfə də müxalifət təxribatlar törətməyə cəhdlər göstərdi. Bunla ölkəmizi gözdən salmağa çalışdı. Ancaq istəklərinə nail ola bilmədilər. Çünki, Azərbaycan cəmiyyəti hələ uzun illər öncə, onları rədd edib”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə