"Nə qədər yaramaz, kor, ibnə olasan ki…" Baş redaktordan

"Nə qədər yaramaz, kor, ibnə olasan ki…" Baş redaktordan

“Çox təəssüf Osman Mirzəyevin qızı Sevinc youtube kanalında Prezident İlham Əliyevin Çin səfərinə veriliş həsr edib. Burada "çox təəssüf" nidası hazırlanan verilişə deyil təbii ki. Söhbət Osman Mirzəyevin belə qızının olmasından gedir”. SİA xəbər verir ki, bu fikirləri Facebook sosial şəbəkəsində qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov sözügedən məsələyə münasibətini ictimailəşdirərkən yazıb.

“Bundan sonra bu sifətdən, yəni Osman Mirzəyevin qızının necəliyini göstərən "çox təəssüfdən" istifadə edəcəm. Əlqərəz. Bu çox təəssüf "vlogger" o boyda tədbirdən seçib tapdığı məhz "çinlilərin Azərbaycanda pomidor yetişdirməsi" olub. Nə qədər yaramaz, kor, ibnə olasan ki, 6 trilyonluq "Bir kəmər, bir yol" layihəsinə həsr olunan 2-ci beynəlxalq konfransdan ancaq bu lazımsız nəticəni çıxardasan. Bunların gördüyü bu iş neytrallığı qoruyub saxlayan, ədalətli və balanslı yanaşma ilə fəaliyyət göstərməli olan media adına yaddır”.

Baş redaktor, belə məsələlərdə Sevinc Osmanqızının mərhum Osman Mirzəyevin qızı olmasına görə təəssüf keçirdiyini qeyd edib və Sevincdən fərqli olaraq, atasının tamakilə başqa bir insan və jurnalist olduğunu yazıb: “Çox təəssüf ki bu işdə Osman Mirzəyevin bioloji ata olması xatırlanır. O isə tamam başqa insan və jurnalist idi. Çox təəssüf”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə