Samux rayonuna quduzluq əlehinə 3060 doza vaksin verilib

Samux rayonuna quduzluq əlehinə 3060 doza vaksin verilib

Azərbaycan Dövlət Baytarlıq İdarəsi tərəfindən Samux rayon Baytarlıq İdarəsinə quduzluq xəstəliyinə qarşı 3060 doza vaksin göndərilib. Bu barədə SİA-nın bölgə ümxbirinə Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov məlumat verib.

Onun sözlərinə görə, vaksinlərdən artıq 689-u sahibli itlərə vurulub. 68 sahibsiz it isə zərərsizləşdirilib. Ümumiyyətlə, hazırda rayonda sahibsiz itlərin sayı artsa da, mütəxəssislər vəziyyətə nəzarət olunduğunu bildirir.

"Hazırda epizotik vəziyyət sabit və nəzarət altındadır. Hələki itlərin vətəndaşlara ziyan yetirməsi faktı ilə bağlı müraciət daxil olmayıb", M. Bağırov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə