Arif Rəhimzadə: “Bələdiyyələrin hesabatı haqqında qanun layihəsi hazırlanır”
Bu gün Milli Məclisin Regional komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə Milli Məclisin 2010-cu il payız sessiyası dövründə komitədə görülən işlər, komitənin 2011-ci il yaz sessiyası üçün iş planı, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə" qanun layihəsi daxil olub.
İclası giriş sözü ilə açan komitə sədri Arif Rəhimzadə komitənin 2010-cu ilin payız sessiyasında gördüyü işlər barədə məlumat verib. O bildirib ki, ötən sessiyada 9 qanun layihəsi qəbul olunub ki, onların hamısı inzibati ərazi bölgüsünə həsr olunub. Payız sessiyası dövründə komitə üzvlərinin bir sıra beynəlxalq təşkilatların iclaslarında iştirak etdiyini dilə gətirən komitə sədri söyləyib ki, onlar həmin təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə ediblər.
Daha sonra komitənin cari ilin yaz sessiyasındakı işləri haqqında məlumat verən A. Rəhimzadə vurğulayıb ki, yaz sessiyasının iş planına bəzi ərazilərin inzibati ərazi bölgüləri haqqında qanun layihələri, bəzilərinə əlavə və dəyişiklik, bələdiyyələrin hesabatı haqqında qanun layihəsinin hazırlanması daxildir. Komitə sədri hazırda layihə üzərində işlərin getdiyini də qeyd edib: "Hazırda layihə üzərində işlər gedir. Yeni qanun layihəsi yaz sessiyası müddətində hazır olmalıdır. Sənədi Milli Məclisin müzakirəsinə çıxara bilməsək də komitə daxilində müzakirə ediləcək".
İclasın davamında komitə üzvləri gündəliyə dair öz fikir və təkliflərini irəli sürüblər. İclas müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB