Ermənistanda 5 nazirlik ləğv olundu

Ermənistan parlamenti nazirliklərin sayının 17-dən 12-yə azaldılması ilə bağlı qərar verib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, qanun layihəsi 70 səs leyhinə, 40 səs əleyhinə olmaqla qəbul edilib.

Hakim “Mənim addımım” bloku istisna olmaqla, “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları qanuna qarşı çıxıblar. Müxalifət bloku 5 nazirliyin ləğvi nəticəsində 200 insanın işsiz qalacağına etiraz ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə