Türkiyə Rusiyadan alınmış silahları müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirə bilər

Türkiyə Rusiyadan alınmış silahları müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirə bilər

Türkiyə Rusiyadan əldə edilən Triumf S-400 zenit raket sistemlərini müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirə bilər. SİA məlumat verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında informasiya dərc olunub.

Sözügedən sayt məlumatın Türkiyənin “A Haber” nəşrinə istinadən verildiyini bildirir. Qeyd olunur ki, məlumata görə Türkiyə, Azərbaycanda S-300 "Favorit" zenit raket sistemləri üzrə təlim kursları alacaq 100 əsgərin seçilməsini tamamlayıb. Saytda o da vurğulanır ki, bundan sonra bir qrup hərbçi S-400 Triumph hava müdafiə raket sistemi ilə bağlı təlim kursunu başa çatdırmaq üçün Rusiyaya yollanacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə