Onlar dialoqu davam etdirməyə kökləniblər TARASOV

Onlar dialoqu davam etdirməyə kökləniblər TARASOV

Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ictimai proses dalana dirənib, ancaq burada qeyri-ictimai proseslər də var. SİA xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasovun fikirlərini tert.am saytı yazır.

Politoloq qeyd edib ki, ölkə liderlərinin, yaxud yüksək çinli məmurlarının bəyanatları aparılan prosesin yalnız bir kiçik hissəsidir və mümkündür ki, onlar prosesin dalana dirənməsi təəssüratını yaradırlar.

“Onlar ictimai şəkildə mübahisə aparırlar, bir-birlərinin mövqelərini qəbul etmirlər, yanaşmalarını rədd edirlər, görüşlərə razılıq vermirlər. Lakin qeyri-ictimai sferada elə məsələlər var ki, onları müzakirə etmək mümkündür, elə deyilmi? Əgər görüşürlərsə, demək ki, onların gündəmi var və biz mümkündür ki, bundan xəbərsizik”, Tarasov bildirib.
Rusiyalı politoloq həmçinin iddia edib ki, ikili standart siyasətini ATƏT-in Minsk qrupu da yürüdür. “Hər kəs oynayır və bunun məntiqi açığını desəm mənə aydın deyil”, deyə o qeyd edib.

Tarasov xatırladıb ki, ATƏT-in Minsk qrupunun egidası altında Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti ilk dəfə Vyanada qeyri-rəsmi görüş keçiriblər ki, bu da müzakirə ediləcək məsələlərin mövcudluğunu göstərir. Onun sözlərinə görə, Paşinyan-Əliyev söhbəti 3 saata yaxın davam edib ki, bu da diplomatik dillə desək, az vaxt deyil, kifayət qədər çoxdur. “Onlar dialoqu davam etdirməyə kökləniblər”, politoloq bildirib.

Onun sözlərinə görə, görüşün nəticələri nəzərə alınarsa, hələ ki, konkret razılaşmalar yoxdur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə