“Ararat Sement”in işçiləri etiraz aksiyasına başlayıb TƏLƏB

“Ararat Sement”in işçiləri etiraz aksiyasına başlayıb TƏLƏB

Ermənistanın “Ararat Sement” şirkətinin işçiləri bu gün səhər saatlarından başlayaraq, etiraz aksiyaları keçirirlər. SİA xəbər verir ki, bu barədə aysor.am yazır. Məlumata görə, hələ ötən həftənin cümə günü işçilərə deyilib ki, onlara işdən azad olunmaları ilə bağlı xəbərdarlıqlar paylanılacaq. Lakin işçilər bu xəbərdarlıqları almaqdan imtina ediblər.

Zavodun rəhbərliyi deyib ki, onların şirkəti İran sementi ilə rəqabət apara bilmir. Nəticədə əməkdaşlar yolları bağlayaraq, həmin şirkətin sahibi, deputat Qagik Tsarukyanla görüş tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə