İran XİN yeni sözçüsünü təyin edib

İran XİN yeni sözçüsünü təyin edib

Bəhram Qasiminin xələfi məlum olub. SİA İRNA-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sabiq sözçüsü Bəhram Qasimini Abbas Musəvi əvəzləyəcək.

Bildirilib ki, Abbas Musəvi hazırda İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü və mətbuat katibliyinin baş müdiridir.

Qeyd edək ki, sabiq sözçü İranın Fransadakı səfiri kimi Parisə ezam ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə