Rusiya Ermənistana qazı dünya bazarı qiymətindən baha satır "JAMANAK"

Rusiya Ermənistana qazı dünya bazarı qiymətindən baha satır "JAMANAK"

Ermənistanın “Jamanak” qəzetinin yazdığına görə, dünya bazarında qazın qiyməti ucuzlaşmaqda davam edir. Belə ki, hazırda qazın min kubametrinə qoyulan qiymət 150-160 dollar arasında dəyişir. SİA xəbər verir ki, erməni qəzeti qiymətin ucuzlaşmasına baxmayaraq, Rusiyanın mavi yanacağı Ermənistana baha qiymətə satdığını iddia edib. “Bu, o deməkdir ki, hazırda Rusiya Ermənistana qazı dünya bazarındakı qiymətdən baha satır- 165 dollara. Düzdür, Ermənistanla Rusiya arasında bir illik saziş mövcuddur və əgər dünya bazarında qazın qiyməti artarsa, Ermənistanda qiymət dəyişilməz qalacaq, lakin fakt, fakt olaraq qalmaqdadır”, deyə qeyd olunub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə