Mais Səfərli: “Əli Kərimli Cəmil Həsənli vasitəsi ilə İlqar Məmmədovu əzməyə çalışır” RƏY-ÖZƏL
“Dağıdıcı müxalifət düşərgəsində bu millətə, dövlətə düşmən kəsilən, erməni maraqlarından çıxış edənlərdir”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, onlar bu millətin övladları olsalar da erməni dəyirmanın su tökmək yolunu tutublar: “Eyni zamanda, müxaliflər öz aralarında da ortaq məxrəcə gələ bilmirlər. Hər zaman önə çıxmaq üçün bir-birini sıradan çıxartmağa çalışıblar. Bu baxımdan aralarında rəqabət , qarşıdurma mövcuddur. Ara-sıra görüntü xatirinə mehribanlaşırlar və birgə toplantıların iştirakçıları olurlar. Bu “dost”luq qısa müddətli olur, az sonra səngərlər qazılır və bir-birini topa tuturlar. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslər arasında mehribançılıq olmur. Sadəcə olaraq, xaricdə olan havadarlarına bir yerdə olduqlarını göstərmək üçün hansısa bir masa arxasında otururlar. Yəni müxalifətçilər ortaq məxrəcləri üçün belə oturduqları masa arxasında mehriban düşmənlər obrazı yaradırlar. Əslində isə bunların arasında çox ciddi ziddiyyətlər var. Bu da ondan qaynaqlanır ki, radikal müxalifət düşərgəsində olan siyasi təşkilatlar normal siyasi fəaliyyətlə məşğul deyillər. Bəlkə də, çirkin siyasətin mahiyyətini həmin düşərgəni təmsil edən şəxslərin çoxu bilmirlər. Demək olar ki, müxalifət liderlərinin istəyi öz düşərgələri daxilində birinci olmaq istəyidir. Radikal müxalifət düşərgəsində birinci olmaq iddiası onları rüsvayçı vəziyyətə salıb. Əslində, müxalifət liderləri birincilik uğurunda bir yarışa çıxıblar və biri digərini sıradan çıxartmaq üçün əlindən gələni edir. Elə bu mübarizə ilə də yaşayırlar. Bu iddia gülünc bir məsələdir. Çünki siyasi partiyaların siyasi arenada birinciliyini seçkilər müəyyən edir. Bu gün ölkəmizdə birinci partiya Azərbaycan Prezidenti İlham Əliyevin başçılıq etdiyi və Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasıdır. Bu reallığı hər kəs çox gözə bilir. Aparılan sorğularda bunu təsdiqləyir və bu gün YAP hakim partiyadır, hakimiyyətdədir, xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Yəni Bu faktdır, gerçəklikdir, bu siyasət bizim gerçəkliyimizdir. Xalq Prezident İlham Əliyev dəstəkləyir və öz Prezidentinin yanındadır. Müxalifətin isə xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Çünki xalqı müxalifətin çirkin əməllərini görür və erməni lobbisi ilə iş birliyinə malik olmasına dair məlumata malikdir. Birmənalı şəkildə demək olar ki, bu gün İlqar Məmmədovla Cəmil Həsənli arasında gedən davaya rəvac verənlərdən biridə Əli Kərimlidir. Çünki İlqar Məmmədov müəyyən məsələlərdə Ə.Kərimlini üstələyir. Bu baxımdan Ə.Kərimli C.Həsənli vasitəsi ilə İ.Məmmədovu əzməyə çalışır. İstəyinə və arzusuna necə nail olacağını isə zaman göstərəcək”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB