Türkiyə ilə Ukrayna arasında viza rejimi ləğv ediləcək

Türkiyə ilə Ukrayna arasında viza rejimi ləğv ediləcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Ərdoğan Kiyevdə Naməlum Əsgər Abidəsinə əklil qoyub, sonra isə Ukrayna prezidenti Viktor Yanukoviç tərəfindən rəsmi törənlə qarşılanıb.

Prezident Sarayındakı qarşılama törənindən sonra iki lider təkbətək, daha sonra isə heyətlərin iştirakı ilə görüşüb. Görüşlərdən sonra Ərdoğan və Yanukoviç birgə mətbuat konfransı keçiriblər.

Ərdoğanın səfəri çərçivəsində Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair sənəd, iki ölkə arasında viza rejiminin ləğvinə dair memorandum, sərcəst ticarət və enerji sahəsində əməkdaşlıq sazişləri imzalanıb. Ərdoğan bu gün Türkiyə-Ukrayna Biznes Şurasının toplantısında iştirak edəcək. Türkiyənin baş nazirinə Taras Şevçenko adına Kiyev Universitetinin iqtisadi sahədə fəxri doktoru ünvanı veriləcək. Ukraynanın baş naziri Nikolay Azarovla da görüşü planlaşdırılan Ərdoğan daha sonra Türkiyəyə dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə