Tural Abbaslı: “Rüstəmin xeyrinə güzəştə gedildi, namizədliyi dəstəkləndi”
Müxalifət düşərgəsində təmsil olunanlar kinorejissor və “Milli Şura”nın “fəxri sədri” kimi təqdim edilən Rüstəm İbrahimyəyova qarşı fikirlər səsləndirilməyə başlanılıb. Belə ki, kinorejissorun bugünlərdə mətbuatda hakimiyyətin yürütdüyü siyasətə dəstək verən sözlərindən narahat olan düşərgə təmsilçiləri eyni zamanda, onun təmsil olunduğu “Milli Şura”nı da hədəfə alıblar. SİA xəbər verir ki, “Ağ Partiya”nın sədri Tural Abbaslı R.İbrahimbəyovla yanaşı, AXCP sədri Əli Kərimliyə, vaxtilə “Milli Şura”da fəaliyyət göstərmiş Müsavat partiyasının rəhbərliyinə, hətta özünə də eyham vuraraq İbrahimbəyovu özlərinə cəlb etmələrinin səhv qərar olduğunu deyib və bildirib ki, İbrahimbəyov apolitik biridir: “Günah ona o boyda etimad göstərən bizdə, yəni müxalifətdədir ki, İbrahimbəyov kimi qeyri-stabil adama siyasi investisiya qoydular və bu da nəticəsidir”.
Abbaslıya görə, onu heç kim namizəd olmağa təkid eləmirdi, özünü birləşdirici namizəd kimi təqdim edirdi: “Hətta iri partiya sədrlərinin namziədliyi müzakirə olunurdu, amma Rüstəmin xeyrinə güzəştə gedildi, namizədliyi dəstəkləndi. Rüstəm bəy artıq siyasət və müxalifət üçün bir keçmişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB