Prezident İlham Əliyev hindistanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev hindistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pratibha Devisinqh Patili Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə təbrik edib.

SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin daim genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə