Ermənistanda baş verən demokratik dəyişiklikləri gücləndirmək üçün institusional mənada müstəqil mühakimənin mövcudluğu vacibdir. SİA Ermənistana məxsus tert.am saytında yayılan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ali Məhkəmə Şurasının illik fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə deyib.
"Demokratiya və legitimlik məsələsində dəyişikliklərin institusional mənada təmin edilməsi üçün onların institusional təminatlı olması zəruridir, ən vacibləri müstəqil məhkəmə sistemidir",-deyə baş nazir fikrini ifadə edib.
Baş nazir qeyd edib ki, müstəqilliyin elan olunmasının ilk günündən müstəqil məhkəmə sistemi haqqında danışdıq, amma ədaləti təmin edəcək bir sistem qura bilmirik. “Bu gün Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması üçün tarixi bir şans var, bu gün, əslində, bunun üçün siyasi maneə yoxdur və ümid edirəm ki, bu şansı istifadə ediləcək” deyən baş nazir, əslində, etiraf edir ki, Ermənistanda müstəqil məhkəmə sistemi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB